10:06 12-09-2020
news_image
60
FUTBOL

A seriyası klubunun hədəfində - xorvatiyalı yarımmüdafiəçi

İtaliyanın “Atalanta” klubu yeni mövsüm ərəfəsində heyətinə daha bir futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Xorvatiya millisinin yarımmüdafiəçisi Yosip Brekalonun xidmətində maraqlıdır.

Berqamolular Almaniyanın “Volfsburq” klubunda çıxış edən 22 yaşlı vingeri sonradan almaq şərti ilə icarəyə götürmək istəyir. Almaniya təmsilçisi belə variantla razı deyil. Bundesliqa klubu Brekalonu icarəsiz satmaq fikrindədir.

Qeyd edək ki, Brekalo 2016-cı ildən “Volfsburq”un şərəfini qoruyur.