10:17 12-09-2020
news_image
1653
FUTBOL

Seçimini etdi - "Neftçi"nin maraqlandığı futbolçu

"Neftçi"nin transfer gündəmində olan "Panatinaikos"un futbolçusu Dimitris Kolovos seçimini edib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı ön xətt oyunçusu karyerasını Moldovada davam etdirəcək.

Yunanıstan millisinin üzvü "Şerif"lə anlaşıb. Afina təmsilçisi onu "Şerif"ə 1 illik icarəyə verib. Ötən mövsüm "Panatinaikos"un heyətində 21 oyun keçirən vingerin "Neftçi" ilə danışıqları uğursuz nəticələnmişdi.

Qeyd edək ki, Dimitris Kolovosun "Panatinaikos"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.