11:43 12-09-2020
news_image
197
FUTBOL

12 futbolçusunu transferə çıxardı - "Barselona"

İspaniyanın "Barselona" klubu 12 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi əməkhaqqı xərcini azaltmaq və gəlir götürmək üçün transferə çıxardığı oyunçuların adlarını müəyyənləşdirib.

La Liqa klubu Luis Suares, Arturo Vidal, Rafinya Alkantara, Monçu, Oriol Buskets, Samuel Umtiti, Nelson Semedo, Jan-Kler Todibo, Martin Braytvayt, Ektor Firpo, Mussa Vaqe və Xuan Miranda üçün təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, "Barselona" "Arsenal"dan Ektor Belyerin, "Sevilya"dan Jül Kunde, "Lion"dan Memfis Depay, "Liverpul"dan Corcino Veynaldumun transferində maraqlıdır.