11:49 12-09-2020
news_image
99
FUTBOL

Koronavirusa yoluxdu - Sərgən Yalçın

"Beşiktaş" klubunun baş məşqçisi koronavirusa yoluxub

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın koronavirus pandemiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu 48 yaşlı çalışdırıcı özü açıqlayıb.

Mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının 1-ci turunda sentyabrın 13-də "Trabzonspor"la səfərdə keçiriləcək oyundan əvvəl ondan götürülən testin nəticəsi pozitiv çıxıb. Dərhal karantinə alınan Yalçının müayinəsinə start verilib. "Trabzonspor"la matçda komandaya köməkçi-məşqçi Murat Şahin rəhbərlik edəcək.

Qeyd edək ki, Sərgən Yalçın "Beşiktaş"ın baş məşqçi postuna bu il keçib.