13:18 12-09-2020
news_image
112
FUTBOL

“Milan”dan Bundesliqaya – bosniyalı yarımmüdafiəçi

İtaliyanın “Milan” klubu futbolçusu Rade Kruniçi satmağa razılaşıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniyanın “Frayburq” klubuna keçəcək.

Bundesliqa təmsilçisi transfer üçün 8 milyon avro ödəyəcək. Bosniya və herseqovinalı futbolçu ötən il “Milan”a keçib. O, “Empoli”dən 8 milyon avroya transfer olunub.