13:25 12-09-2020
news_image
200
FUTBOL

Zaur Həşimovu qaytardı - "Zirə"

“Zirə” klubunda yeni təyinat rəsmiləşib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaur Həşimov yenidən Bakı təmsilçisində çalışacaq.

Əsas komandanın keçmiş baş məşqçisi bundan sonra “Zirə” Futbol Akademiyasında koordinator vəzifəsini icra edəcək.

Qeyd edək ki, Zaur Həşimov UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına sahibdir.