13:50 12-09-2020
news_image
51
FUTBOL

Super Liqanın daha bir klubunda koronavirus - bu dəfə futbolçu

Türkiyənin daha bir klubunda koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi "Gənclərbirliyi" rəsmi saytı vasitəsilə bunu bəyan edib.

Ankaralılar bir futbolçu və bir klub işçisindən götürülən testin nəticəsinin pozitiv çıxdığını açıqlayıb. Hər iki şəxs artıq karantinə alınıb.

Qeyd edək ki, bu gün "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçının da koronavirusa yoluxduğu bildirilib.