21:31 12-09-2020
news_image
213
FUTBOL

"... ona güvənməyəcəyik" - Aftandil Hacıyev

"Bu gün maraqlı oyun izlədik. Hər iki komanda çox qol epizodları yaratdı. Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi. İkinci hissədə qolu tez buraxdıq. Futbolçularda ruh düşkünlüyü oldu. "Zirə"nin heyəti bizdən qat-qat genişdir. Bunu hiss etdirməməyə çalışdıq. Bəzi oyunçularımızda təcrübə çatmadı, bu da meydanda öz sözünü dedi".

Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın II turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ön xətt oyunçusu Mirsayib Abbasov ailəvi problemlərinə görə matçda iştirak etməyib: "Bu gün Peyman Keşavarza şans vermədik, bizim mərkəz müdafiəçimiz azdır. Urfan Abbasovu bu mövqedə sınadıq, onda pis alınmadı. Çalışacağıq ki, əlimizdə olan heyətlə nəsə edək".

Çalışdırıcı penaltidən istifadə edə bilməyən hücumçu Rauf Əliyevlə bağlı bunları söyləyib: "Onu həmişə penaltini vuran oyunçu kimi tanımışıq. Bu dəfə qapıçı penaltini dəf etdi. Bu, onun ustalığından xəbər verir. Rauf vura bilmədisə, o demək deyil ki, ona güvənməyəcəyik".