22:53 12-09-2020
news_image
91
FUTBOL

Bakıya qələbə ilə gəlir – “Qalatasaray”

Bu gün Türkiyə Super Liqasında I turun növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 4 matç baş tutub.

Türkiyənin ən titullu klubu “Qalatasaray” mövsümə ev oyunu ilə başlayıb. Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin rəqibi olan İstanbul klubu “Qaziantep”i qəbul edib.

Ötən mövsümü uğursuz başa vuran “sarı-qırmızılar” matçın taleyini artıq ilk yarıda həll edib. Bakı səfəri öncəsi yaxşı formada olduğunu sübut edən Radamel Falkao ilk 45 dəqiqədə dubla imza atıbsa, komandası fasiləyə üç top üstünlüklə yollanıb. Qonaqlar ikinci hissədə qollardan yalnız birinin əvəzini çıxa bilib – 3:1.

“Fatih Karagümrük” “Yeni Malatyaspor”la, “Göztəpə” isə “Dənizlispor”la ev oyununda böyükhesablı qələbəyə imza atıb. Günün ən az qol vurulan matçında “Sivasspor” doğma meydanda “Alanyaspor”a uduzub.

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.

Türkiyə Super Liqası
I tur
12 sentyabr
“Sivasspor” – “Alanyaspor” – 0:2

Davidson, 21, Kaulker, 90
“Fatih Karagümrük” – “Yeni Malatyaspor” – 3:0
Zukanoviç, 4, Sobieh, 56, Sabo, 74 (pen.)
“Göztəpə” – “Dənizlispor” – 5:1
Öztürk, 10 (pen.), Nukan, 25, Akbunar, 43, Mossoro, 51, Tripiç, 71 – Yılmaz, 62
“Qalatasaray” – “Qaziantep” – 3:1
Falkao, 8 (pen.), 41, Kılınc, 28 – Ribeyro, 53