00:53 13-09-2020
news_image
161
FUTBOL

“Arsenal”dan darmadağın, Liverpulda 7 qol - Premyer Liqa start götürdü

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünə start verilib. 

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə keçirilməli olan 6 matçdan dördü baş tutub.

Ötən mövsüm Premyer Liqa və Çempionşipdə qalib adını qazanan “Liverpul” və “Lids” arasında qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib. 7 qolun vurulduğu matçda lidslilər 3 dəfə hesabı bərabərləşdirsə də, "mersisaydlılar" qələbə qolunu vura bilib. Məhəmməd Salah bu matçda het-trikə imza atıb.

“Arsenal” səfərdə “Fulhem”i darmadağın edib. “Kristal Pelas” öz meydanında “Sauthempton”u bir qolla üstələyib. Günə “Vest Hem” – “Nyukasl” matçı ilə yekun vurulub. Qarşılaşmanın taleyini qonaqların ikinci hissədə vurduğu qollar həll edib.

Qeyd edək ki, turun digər matçları sentyabrın 13-14-də keçiriləcək.

İngiltərə Premyer Liqası
I tur
12 sentyabr
“Fulhem” – “Arsenal” – 0:3

Lakazet, 8, Qabriel, 49, Obameyanq, 57
“Bernli” – “Mançester Yunayted” – təxirə salınıb
“Kristal Pelas” – “Sauthempton” – 1:0
Saha, 13
“Mançester Siti” – “Aston Villa” – təxirə salınıb
“Liverpul” – “Lids” – 4:3
Salah, 4 (pen.), 33, 88 (pen.), van Deyk, 20 – Hartson, 12, Bamford, 30, Klix, 66
“Vest Hem” – “Nyukasl” – 0:2
Uilson, 56, Hendrik, 87