12:45 13-09-2020
news_image
324
FUTBOL

Azərbaycandan təklif gözləyir – Litva millisinin kapitanı

Litva millisinin kapitanı Fyodor Çernıx Azərbaycandan təklif gözləyir.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış polşalı jurnalist Kuba Tsimoşko tvitter səhifəsindən paylaşımı zamanı yazıb.

O bildirib ki, Moskva “Dinamo”sundan ayrılan və hazırda azad agent statusu daşıyan sağ cinah vinger “Yagelloniya”nın maraq dairəsindədir. Ancaq Polşa klubuna dönmək 29 yaşlı ön xətt oyunçusu üçün son variantdır.

Həmkarımız Çernıxın daha çox qazanc əldə etmək üçün digər ölkələrdən gələcək təklifləri gözlədiyini vurğulayıb: “Çernıx daha yüksək gəlirli variantları gözləyir. Bunlar Türkiyə, Qazaxıstan və Azərbaycandır. Əgər bu ölkələrin klubları ilə danışıqlardan bir nəticə çıxmasa, o zaman “Yagelloniya”ya keçməyə razılıq verəcək”.

Maraqlıdır ki, Çernıx 2016-cı ildəki açıqlaması zamanı "Qarabağ"da oynamaq istədiyini etiraf etmişdi.

Qeyd edək ki, 2015-2018-ci illərdə “Yagelloniya”nın şərəfini qoruyan Fyodor Çernıx ötən mövsümü icarə əsasında “Orenburq”da keçirib. “Dinamo” ilə müqavilə müddəti başa çatan futbolçu sentyabrın 4-də Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Qazaxıstanla qarşılaşmada Litva yığmasının formasını geyinib, lakin zədələndiyi üçün fasilədən sonra əvəzlənib.