13:08 13-09-2020
news_image
118
FUTBOL

Kapitan hazırdır - "Qəbələ" ilə oyuna

Azərbaycan Premyer Liqasının II turunun son matçında "Qəbələ" ilə qarşılaşacaq "Sabah"ın heyətində cəmi bir itki var.

Apasport.az saytının məlumatına görə, yay fasiləsində "Sumqayıt"dan transfer edilən və zədədən əziyyət çəkən Aleksey İsayev hələ məşqlərə başlamayıb.

Ondan fərqli olaraq, kapitan Ruslan Abışov artıq sıraya dönüb. 1-ci turda "Qarabağ"la qarşılaşmanı buraxan mərkəz müdafiəçisi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı kollektivə qoşulub və artıq baş məşqçi Visente Qomesin ixtiyarındadır. İspaniyalı mütəxəssis bu gün şans verərsə, Abışov meydana çıxmağa hazırdır.

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.