13:37 13-09-2020
news_image
135
FUTBOL

“Barselona”nın müdafiəçisinə göz dikdi – İtaliya klubu

İspaniyanın “Barselona” klubunun futbolçusu Xunior Firpo karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Fiorentina” müdafiəçinin xidmətində maraqlıdır.

A seriyası təmsilçisi 24 yaşlı futbolçu ilə müdafiənin sol cinahını gücləndirməyi planlaşdırır. “Barselona”nın ötən il transfer etdiyi futbolçu üçün hansı məbləği istədiyi açıqlanmır.

Qeyd edək ki, La Liqa təmsilçisi “Betis”ə Firpo üçün 18 milyon avro ödəyib. Bonuslar hesabına bu vəsait daha 12 milyon arta bilər.