14:17 13-09-2020
news_image
108
FUTBOL

“Çelsi” dörd futbolçusunu satır – Rays üçün

İngiltərənin “Çelsi” klubu “Vest Hem”in futbolçusu Daklan Raysın transferini reallaşdırmaq üçün 4 futbolçusunu satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, “zadəganlar” bu transfer üçün tələb olunan 80 milyon avronu bu yolla əldə etmək nniyyətindədir.

“Çelsi” Jorjinyo və Temue Bakayokoya müştəri axtarışına başlayıb. Andreas Kristensen və Denni Drinkuoterin də onlara qoşulacağı dəqiqləşib.

Qeyd edək ki, “Çelsi” yeni mövsümdə ilk oyununu “Brayton”a qarşı keçirəcək.