21:21 13-09-2020
news_image
132
FUTBOL

"Tottenhem" evdə uduzdu, "Lester"dən səfər qələbəsi - Premyer Liqada

İngiltərə Premyer Liqasında I tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha iki oyun keçirilib.

Avropa Liqası iştirakçılarından "Lester" səfər, "Tottenhem" isə ev matçına çıxıb. Debütant "Vest Bromviç"in qonağı olan "Lester" Ceymi Vardinin dubl etdiyi matçda böyükhesablı qələbəyə sevinib.

"Tottenhem" isə yay fasiləsində heyətini gücləndirən "Everton"u qəbul edib. Londonda baş tutan görüşdə qonaqlar qələbə qazanıblar.

Qeyd edək ki, sentyabrın 14-də turun daha 2 oyunu keçiriləcək.

İngiltərə Premyer Liqası
I tur
13 sentyabr
"Vest Bromviç" - "Lester" - 0:3

Kastanye, 56, Vardi, 74 (pen.), 84 (pen.)
"Tottenhem" - "Everton" - 0:1
Kalvert-Lyuin, 55