22:57 13-09-2020
news_image
90
FUTBOL

“Beşiktaş”dan səfər qələbəsi - Trabzonda

Türkiyə Super Liqasında I tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun daha 4 oyunu keçirilib.

Günün mərkəzi qarşılaşmasında “Trabzonspor” “Beşiktaş”ı qəbul edib. İstanbul təmsilçisi səfər görüşündə inamlı qələbə qazanıb.

“Kayserispor” – “Kasımpaşa” matçının taleyini meydan sahiblərinin erkən qolu həll edib. “Ankaragücü” ilə görüşdə məğlub duruma düşən “Ərzurum BB” əzmkar qələbə ilə aktivinə 3 xal yazıb. “Antalyaspor” öz meydanında “Gənclərbirliyi”ni üstələyib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası
I tur
13 sentyabr
“Ankaragücü” – “Ərzurum BB” – 1:2

Bolinqi, 61 – Karakullukçu, 75, 79
“Kayserispor” – “Kasımpaşa” – 1:0
Kvrziç, 2
“Antalyaspor” – “Gənclərbirliyi” – 2:0 
Balçı, 41, Özmert, 77
“Trabzonspor” – “Beşiktaş” – 1:3
Ömür, 86 - Boyd, 29, Mensah, 64 (pen.), Lens, 75