23:00 13-09-2020
news_image
85
FUTBOL

"Komandamın daha yaxşı olmasını istəyirəm" - Visente Qomes

"İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı oynayan tərəf biz idik. İkinci hissəyə bir az pis başladıq. Meydanda azlıqda qaldıqdan sonra geri çəkilməyə məcbur olduq".

Apasport.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın II turunda "Qəbələ" ilə keçirilən oyun barədə danışarkən deyib.

Komandasının 3:0 hesablı qalibiyyətini dəyərləndirən ispaniyalı çalışdırıcı çempionatın gərgin keçdiyini söyləyib: "Qarşıda bizi gərgin oyunlar gözləyir. Azərbaycan Premyer Liqası asan çempionat deyil. Mənim üçün əsas olan nəticəylə yanaşı, həm də sərgilənən oyundur. Bu qarşılaşmanın icmalına baxıb, təhlillər edəcəyəm. Komandamın daha yaxşı olmasını istəyirəm. Bu matçda futbolçularım əllərindən gələni etdilər".