01:00 14-09-2020
news_image
192
FUTBOL

Bir oyunda 5 qırmızı, rekord sayda vərəqə - PSJ yenə uduzdu

Fransa Liqa1-də III tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə 7 qarşılaşma baş tutub.

"Lill" və "Monako" evdə, "Renn" isə səfərdə qələbə qazanaraq, xal ehtiyatını 7-yə çatdırıb və liderliyi bölüşürlər.

Üç gün əvvəl PSJ-yə qalib gələn debütant "Lans" bu dəfə səfərdə "Loryan"ı səfərdə məğlub edib.

Turun mərkəzi görüşündə PSJ "Marsel"i qəbul edib. Koronavirus pandemiyası səbəbindən Kilian Mbappe, Mauro İkardi kimi aparıcı oyunçulardan məhrum meydana çıxan Paris təmsilçisi yenə meydanı məğlub tərk edib. Ən diqqətçəkən məqam qarşılaşmanın son saniyələrində futbolçular arasında əlbəyaxa dava düşməsi, nəticədə PSJ-dən 3, "Marsel"dən isə 2 oyunçunun qırmızı vərəqə alması olub. Paris təmsilçisinin heyətində meydandan qovulanlar arasında hücumçu Neymar da olub. Ümumiyyətlə, görüşdə 17 vərəqə göstərilib ki, bu da Fransa çempionatında XXI əsrdə rekord göstəricidir.

Qeyd edək ki, sentyabrın 15-17-də I turdan təxirə salınan 3 oyun keçiriləcək.

Fransa Liqa1-i
III tur
13 sentyabr
"Lill" - "Mets" - 1:0

Luis Arauxo, 88
"Anje" - "Reyms" - 1:0
Bahoken, 55
"Dijon" - "Brest" - 0:2
Perrau, 42, Kardona, 90+5
"Loryan" - "Lans" - 2:3
Qrbiç, 14, Vissa, 90+2 (pen.) - Kakuta, 31 (pen.), Medina, 34, Qanaqo, 63
"Nim" - "Renn" - 2:4
Kubas, 36, Fərhat, 55 - Girassi, 12, 39, Aquer, 72, Buriqeu, 90+7
"Monako" - "Nant" - 2:1
Diop, 5, Geubbels, 65 - Blas, 62
PSJ - "Marsel" - 0:1
Tauvin, 31

1

 Renn

3

2

1

0

7-4

7

2

 Monako

3

2

1

0

5-3

7

3

 Lill

3

2

1

0

3-1

7

4

 Sent-Etyen

2

2

0

0

4-0

6

5

 Marsel

2

2

0

0

4-2

6

6

 Lans

3

2

0

1

5-4

6

7

 Nitsa

3

2

0

1

5-4

6

8

 Anje

3

2

0

1

2-2

6

9

 Bordo

3

1

2

0

2-0

5

10

 Lion

2

1

1

0

4-1

4

11

 Nant

3

1

1

1

3-3

4

12

 Nim

3

1

0

2

7-6

3

13

 Monpelye

2

1

0

1

4-3

3

14

 Loryan

3

1

0

2

5-6

3

15

 Brest

3

1

0

2

4-7

3

16

 Reyms

3

0

1

2

2-4

1

17

 PSJ

2

0

0

2

0-2

0

18

 Mets

2

0

0

2

0-2

0

19

 Dijon

3

0

0

3

1-7

0

20

 Strasbur

3

0

0

3

1-7

0