09:10 14-09-2020
news_image
120
FUTBOL

"Neftçi" ilə oyundan danışdı – “Qalatasaray”ın vitse-prezidenti

“Yaxşı oyun keçirdik. Daha böyük hesabla qələbə qazana bilərdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak Türkiyə Super Liqasının I turunda “Qaziantep” üzərində qələbə qazandıqları (3:1) matç barədə danışarkən deyib.

İstanbul klubunun rəsmisi Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunu da dəyərləndirib. O, Bakı səfərindən də eyni nəticə ilə dönməyi hədəflədiklərini vurğulayıb: “Transferlərimizin nə qədər uğurlu olduğunu bütün Türkiyə gördü. Bu əzm, istəklə yolumuza davam edəcəyik. Avropa Liqasının təsnifat oyunu üçün Bakıya yollanacağıq. Uğurlu nəticə ilə Türkiyəyə qayıtmağı diləyirəm və gözləyirəm”.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.