09:55 14-09-2020
news_image
130
FUTBOL

“Neftçi” ilə oyunun hazırlığına başladı – “Qalatasaray”

Türkiyə Super Liqasının I turunda “Qaziantep” üzərində 3:1 hesablı qələbə qazanan “Qalatasaray” vaxt itirmədən Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunun hazırlıqlarına başlayıb.

Apasport.az saytının məlumatına görə, “cim-bom” dünən Florya Mətin Oktay bazasında dünən bir məşq keçib. “Qaziantep”lə qarşılaşmada iştirak edən futbolçular bərpa hazırlığı ilə kifayətləniblər. Digər oyunçular isə normal məşq və sonda ikitərəfli oyun keçiriblər.

Bu gün istirahət edəcək “sarı-qırmızılılar” sabahdan “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirəcək.

Baş məşqçi Fatih Terim Bakıya 23 futbolçu gətirəcək. Bakı Olimpiya Stadionundakı matçda təcrübəli mütəxəssisin ixtiyarında bu oyunçular olacaq:

Qapıçılar: 34. Okan Kocuk, 99. Fatih Öztürk
Müdafiəçilər: 2. Şener Özbayraklı, 3. Omar Elabdellaui, 14. Martin Linnes, 15. Rayan Donk, 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Sarakki, 45. Markao
Yarımmüdafiəçilər: 4. Taylan Antalyalı, 10. Yunes Belhanda, 13. Oqenekaro Etebo, 21. Cimmi Durmaz, 54. Əmrə Kılınç, 89. Sofian Fequli
Hücumçular: 8. Rayan Babel, 9. Radamel Falkao, 35. Yunus Akgün, 66. Arda Turan, 77. Jesse Sekidika, 80. Ali Yavuz Kol, 90. Mbaye Dian.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.