
00:59
İngiltərənin “Fulhem” klubunun futbolçusu Maykl Hektor Premyer Liqada debüt edib.
Apasport.az saytının məlumatına görə, “Arsenal”la görüşdə (0:3) meydana çıxması yamaykalının qeyri-adi karyerasının diqqət mərkəzinə düşməsi ilə nəticələnib.
2009-cu ildən İngiltərədə çıxış edən Hektor bu müddətdə 17 klubda forma geyinib. O, 15 komandada icarədə olub. “Fulhem”ə qədər İngiltərənin 6 liqasında oynayıb.
Qeyd edək ki, “Fulhem” birillik fasilədən sonra Premyer Liqaya qayıdıb.