11:58 14-09-2020
news_image
88
FUTBOL

49 faizlə zirvədə - “Səbail”in qapıçısı

Qvatemala mətbuatı ölkə xaricində çıxış edən qapıçılarla bağlı sorğu keçirir.

Apasport.az saytının məlumatına görə, yerli azarkeşlər arasında aparılan səsvermədə “Səbail”in yeni transferi Nikolas Hagen hələlik ən çox səs toplayan qolkiperdir.

24 yaşlı qapıçı legioner həyatı yaşayan 3 həmkarı – Rikardo Antonio Jerez, Luis Tatuaka və Xose Agirre ilə mübarizə aparır. “Bu mövsüm hansı qapıçı daha yaxşı çıxış edəcək?” başlığı ilə verilən sorğuda Hagen 49 faiz səs toplayıb. Onu 39 faizlə Jerez izləyir. Digər iki qolkiperə cəmi 6 faiz azarkeş güvənir. Ümumilikdə hələlik 400-ə yaxın azarkeş səsvermədə iştirak edib.

Qeyd edək ki, Nikolas Hagen Azərbaycan Premyer Liqasında debütünü II turda “Zirə” ilə görüşdə edib. Qarşılaşma “Zirə”nin 2:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.