13:48 14-09-2020
news_image
243
FUTBOL

“Barselona”ya keçməkdə israrlıdır - Lautaro Martines

İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martines İspaniya təmsilçisi “Barselona”ya keçmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu bununla bağlı rəhbərliyə müraciət edib.

Yeni müqavilə təklifini qəbul etməyən 22 yaşlı forvard tezliklə “Barselona”ya qoşulmağa ümid edir. Bu keçid isə Kataloniya klubunun hücumçusu Luis Suaresin “Yuventus”a transfer olunub-olunmamasından asılıdır. “Neradzurra” Martinesin keçidindən minimum 100 milyon avroluq gəlir götürməyi düşünür.

Qeyd edək ki, Lautaro Martines “İnter”ə 2018-ci ildə Argentina klubu “Rasinq”dən keçib.