15:12 14-09-2020
news_image
97
FUTBOL

“İnter” dayaq yarımmüdafiəçisi alır – ya Kante, ya Parti

İtaliyanın “İnter” klubu heyətini dayaq yarımmüdafiəçisi ilə gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi bu mövqeyə iki futbolçunu nəzərdən keçirir.

Milan klubu üçün prioritet Nqolo Kantedir. İngiltərə “Çelsi”sinin fransalı futbolçusunun keçidi baş tutmasa, Tomas Partinin transferi gündəmə gələcək.

İspaniya “Atletiko”sunun yarımmüdafiəçisi İngiltərə klublarının da maraq dairəsindədir.