16:00 14-09-2020
news_image
99
FUTBOL

“Rəqibim olsaydı belə, həyəcan yaşanmayacaqdı” – PFL prezidenti

“Seçki zamanı rəqib olsaydı belə, həyəcan yaşanmayacaqdı. Çünki artıq o yaşda deyiləm”.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün keçirilən seçkilərdə növbəti dəfə PFL rəhbəri postuna seçilən Musayev növbəti 4 il üçün bir çox planlarının olduğunu söyləyib. O, bütün bunların büdcədən asılı olacağını əlavə edib: “Ən böyük istəyimiz normal büdcəyə malik olmaqdır. Hər hansı bir klubda problem yaranarsa, ona köməyimiz dəysin. Əvvəllər imkanımız yaxşı idi, sponsorlar var idi, bölgələrə səfərlər təşkil edirdik. Yəni istəklərimizi həyata keçirə bilirdik. Ancaq son vaxtlar sponsorun olmaması çətinlik yaradır. Sponsor olarsa, klublarımıza maddi dəstək də verə bilərik”.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-ə rəhbərlik edir.