17:25 14-09-2020
news_image
150
FUTBOL

“Meneceri acgözlü pirana kimidir” – Höness Alaba haqda

“Bavariya”nın sabiq prezidenti Uli Höness komandanın müdafiəçisi David Alabanın meneceri Pini Zahavini tənqid edib.

Apasport.az saytının məlumatına görə, o, yeni müqaviləyə razılıq verməyən 27 yaşlı avstriyalı oyunçunun agentini acgözlülükdə ittiham edib.

Höness “Bavariya”nın idman direktoru Hasan Salihamidziçin futbolçunun davranışına əsəbi reaksiya göstərməsinin başadüşülən olduğunu söyləyib: “Alabanın qalmasını hər kəs istəyir. Ancaq futbolçunun meneceri acgözlü pirana balığı kimidir. Pini Zahavi ikirəqəmli milyonları görmək istəyir. Hasan Salihamidziçin əsəbləşməsini başa düşürəm”.

Qeyd edək ki, David Alabanın “Bavariya” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. Futbolçu yeni sözləşmə üçün 20 milyon avrodan artıq maaş tələb edir.