22:17 14-09-2020
news_image
118
FUTBOL

Borcu 382 milyonu keçdi – “Yuventus”un

İtaliyanın “Yuventus” klubu çətin maliyyə durumu ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, A seriyasının çempionu ötən mövsümün yekununda 71,4 milyon avro ziyana düşüb.

Bu, bir il əvvəlki ilə müqayisədə 30 milyon avro çoxdur. Əməliyyat gəlirləri 63 milyona enən Turin klubun borcları 382,2 milyona çatıb.

Qeyd edək ki, klubun zərərlə işləməsinin əsas səbəbi koronavirus pandemiyası olub.