00:05 15-09-2020
news_image
153
FUTBOL

Türkiyə klubunda - dünya çempionatının finalçısı

Argentina millisinin sabiq futbolçusu Lukas Bilya karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi “Fatih Karagümrük” klubuna keçib.

Super Liqa təmsilçisi ilə cənubi amerikalı arasında müqavilə imzalanıb. Lakin anlaşmanın detalları açıqlanmır.

Qeyd edək ki, 2011-18-ci illərdə oynadığı Argentina millisinin heyətində DÇ-2014-ün, həmçinin 2015 və 2016-cı illərdə keçirilən Amerika kubokunun finalçısı olan Bilyanın son klubu “Milan” idi.