01:07 15-09-2020
news_image
110
FUTBOL

Mövsümə qələbə ilə başladı - "Çelsi"

İngiltərə Premyer Liqasında I turun daha iki oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, gün meydan sahibləri üçün uğurlu alınmayıb.

"Şeffild Yunayted"in qonağı olan "Vulverhempton" ilk dəqiqələrdə vurduğu 2 cavabsız qolla qalib gəlib.

"Brayton"la səfərdə üz-üzə gələn yenilənmiş "Çelsi" də mövsümə qələbə ilə başlayıb.

Qeyd edək ki, Premyer Liqada II turun oyunları 19-21 sentyabrda keçiriləcək.

İngiltərə Premyer Liqası
I tur
14 sentyabr
"Şeffild Yunayted" - "Vulverhempton" - 0:2

Ximenes, 3, Saiss, 6
"Brayton" - "Çelsi" - 1:3
Trossard, 54 - Jorjinyo, 23 (pen.), Ceyms, 56, Zuma, 66