09:09 15-09-2020
news_image
118
FUTBOL

Bakıya gələcəyi vaxt müəyyənləşdi – “Qalatasaray”ın

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun Azərbaycana gələcəyi tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi sentyabrın 16-da səhər saatlarında ölkəni tərk etməyə hazırlaşacaq.

Koronavirus testindən keçdikdən sonra Bakıya xüsusi çarter reysi ilə gələcək “cim-bom”un təyyarəsi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) havaya qalxacaq. Komanda sabah axşam saatlarında matçın oynanılacağı Bakı Olimpiya Stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.