00:22 16-09-2020
news_image
221
FUTBOL

"Dinamo", PAOK, "Gent" - meydan sahiblərinin günü

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.

Pley-offa ilk üç vəsiqənin sahibi Liqa yolunda bəlli olub. Bir matçdan ibarət və azarkeşsiz baş tutan duellərin üçündə də meydan sahibləri qalib gəlib.

Kiyev “Dinamo”su evdə “Alkmaar”ı iki cavabsız qolla məğlub edib. PAOK “Benfika” üzərində qələbəyə sevinib. “Gent” isə öz meydanında “Rapid”dən güclü olub.

Qeyd edək ki, III təsnfiat mərhələsinin digər 5 matçı sabah baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
15 sentyabr
Liqa yolu

21:00. “Dinamo” (Ukrayna) - “Alkmaar” (Niderland) - 2:0
Rodriges, 49, Şaparenko, 86
22:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) - 2:1
Yannopulos, 63, Jivkoviç, 75 - Silva, 90+4
22:30. “Gent” (Belçika) - “Rapid” (Avstriya) - 2:1
Dorş, 36, Yaremçuk, 59 (pen.) - Yusuf Dəmir, 90+3