10:36 15-09-2020
news_image
70
FUTBOL

“Lids”dən 28 milyonluq təklif – İtaliya klubuna

İngiltərənin “Lids” klubu heyətinə yeni futbolçu qata bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliya “Udineze”sinin yarımmüdafiəçisi Rodriqo de Paulu transfer etməyə yaxındır.

İki klub arasında danışıqlar davam edir. İngiltərəlilər bu transfer üçün 28 milyon avro və əlavə bonuslar verməyə hazırdır. “Udineze” isə 35 milyondan aşağı məbləğə razılaşmaq istəmir.

Qeyd edək ki, de Paula 4 illik müqavilə təklif olunub. Onun mövsümlük qazancı 3 milyon avro təşkil edəcək.