11:12 15-09-2020
news_image
102
FUTBOL

3 saniyəyə qol - rekordçu

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Almaniya kubokunun 1/32 final mərhələsində “Duysburq”la matçda buna nail olub.

Görüşün 57-ci dəqiqəsində meydana daxil olan 31 yaşlı hücumameyilli oyunçu cəmi 3 saniyə sonra fərqlənib. Bu isə Almaniya kuboku tarixində rekord göstəricidir. İndiyə qədər rekord 2014-cü ildə “Ayntraxt”la qarşılaşmada meydana girdikdən 12 saniyə sonra qol vuran “Hoffenhaym”ın hücumçusu Antonio Modesteyə məxsus idi.

Qeyd edək ki, “Duysburq” üzərində 5:0 hesablı qələbə qazanan “Borussiya” ölkə kubokunda mərhələ adlayıb.