
00:08
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi Gürcüstanla üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, qarşılaşmanın keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.
Oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda baş tutacaq oyun Bakı vaxtı ilə 19:00-da start götürəcək.