12:00 15-09-2020
news_image
355
FUTBOL

“Neftçi”yə qarşı oynamayacaq? - Arda və Falkao

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu heyətində dəyişikliklər edəcək.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim Super Liqanın I turunda “Qaziantep”lə (3:1) matçda iştirak edən “11-lik”də islahat aparacaq.

Həm yol yorğunluğunu, həm də həftəsonu II tur çərçivəsində “Başakşəhər”lə keçiriləcək görüşü nəzərə alan təcrübəli mütəxəssis bəzi aparıcı oyunçulara Bakıda istirahət verəcək. Müdafiəçi Kristian Luyindama, yarımmüdafiəçi Arda Turan və hücumçu Radamel Falkaonun “Neftçi” önündə ilk dəqiqələrdən meydanda olması gözlənilmir. Onların əvəzinə müvafiq olaraq Rayan Donk, Rayan Babel və Mbaye Dian start heyətində mübarizə aparacaq.

Terimin heyətdə başqa dəyişikliklərə əl atması da istisna edilmir.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.