12:35 15-09-2020
news_image
133
FUTBOL

Milyonlar qazanmaq arzusu – “Qarabağ”ın rəqibinin

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Molde” qrup mərhələsinə vəsiqəni hədəfləyir.

Apasport.az saytının Norveç mətbuatına istinadən məlumatına görə, komanda nəinki “Qarabağ”, hətta pley-offdakı potensial rəqibi üzərində də qələbə qazanmağı qarşısına məqsəd qoyub.

Norveç təmsilçisini buna həvəsləndirən əsas məqam komandanın hədəfinə çatacağı təqdirdə qazanacağı puldur. Bildirilir ki, “Molde” qrupa qədər irəliləyərsə, 200 milyon kron əldə edəcək. Bu da təxminən 38 milyon manata yaxın məbləğdir. Rəhbərlik məhz həmin məbləğlə büdcəsini yenidən formalaşdırmaq və heyəti genişləndirmək arzusundadır.

Qeyd edək ki, sentyabrın 16-da Larnakadakı “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” görüşü Bakı vaxtı ilə 21:00-da başlayacaq.