12:43 15-09-2020
news_image
142
FUTBOL

Azərbaycan yığması Kolumbiya ilə qarşılaşa bilər – AFFA-da müzakirə

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və vitse-prezidenti Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb.

Apasport.az saytının məlumatına görə, tədbir assosiasiyanın inzibati binasında baş tutub.

İki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq və bunun perspektivləri müzakirə olunub. Adıçəkilən ölkələrin gənclərdən ibarət komandaları arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi də aparılıb.