13:59 15-09-2020
news_image
71
FUTBOL

“Neftçi” və “Sabah”ın futbolçusunu cəzalandırdı - AFFA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının II turunda yaşananlar müzakirə olunub və müvafiq qərarlar verilib.

“Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Paytaxt təmsilçisi buna görə 200 manat cərimə olunub.

“Səbail” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.  “Sabah” – “Qəbələ” oyununda 5 futbolçusu cəzalanan qonaqların da cəzası eyni olub. Meydan sahiblərinin qırmızı vərəqə alan futbolçusu Slavik Alxasov 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.