14:05 15-09-2020
news_image
143
FUTBOL

Əsasnaməni pozduğu üçün cərimələndi – “Qarabağ”

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, qurum Premyer Liqanın II turu çərçivəsində “Keşlə”nin qonağı olan “Qarabağ” cərimələnib.

Buna səbəb Ağdam klubunun AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirməməsi olub. Bu üzdən son çempion 800 manat cərimələnib.

Həmçinin “Qarabağ” stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün daha 800 manat cərimə olunub.