15:10 15-09-2020
news_image
165
FUTBOL

"Neftçi" - "Qalatasaray" oyunu ilə bağlı müraciət - AFFA-dan

AFFA Avropa Liqasının II təsnifat mərhəlsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu ilə bağlı bəyanat yayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, AFFA və "Neftçi" klubu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda baş tutacaq matçla əlaqədar ictimaiyyətin diqqətinə çatdırılıb ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, qarşılaşma azarkeşsiz keçiriləcək.

Hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray”ın Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və "Neftçi" koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırıb.

Fanatlar sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək “CBC Sport” televiziya kanalına göndərə bilər. Həmin videomesajlar “CBC Sport”da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.