00:21 17-09-2020
news_image
403
FUTBOL

III təsnifat mərhələsi başa çatdı – Çempionlar Liqasında

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 5 matç keçirilib.

Çempionlar yolunda mübarizə aparan 10 komanda pley-offa son vəsiqələrin sahiblərini müəyyənləşdirib. “Omoniya” “Srvena Zvezda”nı penaltilərlə məğlub edib. “Qarabağ” “lotereya”da “Molde”yə uduzub.

Təl-Əviv “Makkabi”si Brest “Dinamo”sunu, “Ferensvaroş” isə Zaqreb “Dinamo”sunu minimal fərqlə üstələyib. “Midtülland” “Yanq Boyz”u Çempionlar Liqasından Avropa Liqasına göndərib.

Qeyd edək ki, mərhələnin digər üç oyunu sentyabrın 15-də keçirilib.

Çempionlar Liqası
III təsnifat mərhələsi
16 sentyabr
Çempionlar yolu

19:00. “Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya) - 1:1 (penaltilərlə 4:2)
Lüftner, 31 - İvaniç, 45+1
21:00. “Ferensvaroş” (Macarıstan) - “Dinamo” (Xorvatiya) - 2:1
Lovrençiç, 2, Uzuni, 65 - Qoyak, 23
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Belarus) - 1:0
Biton, 50 (pen.)
21:00. “Qarabağ” (Azərbaycan) - “Molde” (Norveç)- 0:0 (penaltilərlə 5:6)
22:30. “Midtülland” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) - 3:0
Lefort, 51, Dreyer, 62, Mabil, 84