16:13 15-09-2020
news_image
144
FUTBOL

"Sumqayıt"ı izləyəcək - Canni de Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi mütəmadi olaraq Premyer Liqa klublarını izləməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandaların rəsmi və yoxlama oyunları ilə yanaşı, onların məşqlərini də izləyir. 

Baş məşqçi bu gün “Sumqayıt” komandasının məşq prosesi ilə tanış olacaq.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın iki turundan sonra 3 xalla 5-ci pillədə qərarlaşıb.