18:38 15-09-2020
news_image
96
FUTBOL

“Mançester Yunayted”ə keçir – “Real”dan

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Reqilon gələcək karyerası ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi İngiltərənin “Mançester Yunayted” klubuna keçməyə razılaşıb.

Onun keçidi yaxın günlərdə rəsmiləşəcək. Ötən mövsüm icarə əsasında “Sevilya”da çıxış edən Reqilonun Premyer Liqa klubuna keçidinin şərtləri açıqlanmır.

Qeyd edək ki, ispaniyalı müdafiəçi ötən mövsüm La Liqada 31 oyunda 2 qol vurub.