20:34 15-09-2020
news_image
251
FUTBOL

"Molde" fərqli sistemdə oynayır" - Qurban Qurbanov

“Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” ilə keçiriləcək oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis mətbuat konfransında sabah Kiprdəki “AEK Arena”da baş tutacaq qarşılaşmanı dəyərləndirib.

Qurbanov komandasının son durumu barədə danışıb: “Ümumi vəziyyət pis deyil, bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.