
00:08
Türkiyənin “Fənərbaxça” klubunun kosovolu futbolçusu Vedat Muriqi karyerasını İtaliya A seriyasında davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçunun İtaliyanın “Latsio” klubuna keçidi rəsmiləşib.
Bir neçə həftə davam edən danışıqlardan sonra forvard tibbi müayinədən keçərək müqaviləyə imza atıb. 5 illik anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Muriqi ötən mövsüm ümumilikdə 36 oyunda 17 qol vurub.