22:39 15-09-2020
news_image
252
FUTBOL

Türkiyə klubuna keçidi rəsmiləşdi - Araz Abdullayevin

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin yeni komandasının adına rəsmən aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yay fasiləsində "Qarabağ"dan ayrılan yarımmüdafiəçi Türkiyə klubu "Boluspor"la müqavilə imzalayıb.

TFF I liqa təmsilçisi rəsmi saytı vasitəsilə Arazla sözləşmə imzalandığını bəyan edib. 28 yaşlı cinah oyunçusu Bolulularla 1+1 illik müqavilə bağlayıb. Yəni bu mövsüm ümidləri doğruldarsa, 2021/22 mövsümündə də komandada qalacaq.

Qeyd edək ki, Araz Abdullayev 2018-ci ildən bəri "Qarabağ"da çıxış edib. O, həmin ilin yayında Ağdam klubuna Kipr "Anortosis"indən keçib.