23:21 15-09-2020
news_image
64
FUTBOL

“Napoli”nin hücumçusu “Roma”dan imtina etdi - “Tottenhem”ə görə

İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik “Roma”ya keçməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu 5 illik müqavilə bağlamaqdan boyun qaçırıb.

Hərçənd, romalılar ona indiki klubundan daha çox – ildə 5 milyon avro vəd edirdi. İmtinanın “Tottenhem”in təklifi ilə bağlı olduğu bildirilir. Çünki Milik İngiltərə təmsilçisinin əsas transfer hədəfidir.

Londonlular 26 yaşlı forvarda həftəlik 90 min funt-sterlinq maaş verməyə razıdır.