00:23 16-09-2020
news_image
242
FUTBOL

Pley-offun iki cütü dəqiqləşdi – Çempionlar Liqasında

Çempionlar Liqasının pley-off mərhələsinin iki cütü dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin başa çatan oyunlarından sonra Liqa yolunun cütləri bəlli olub.

Tur adlayan Kiyev “Dinamo”su və “Gent” qrupa vəsiqələr uğrunda matçlardan birində üz-üzə gələcək. Digər dueldə əvvəlki mərhələlərdən azad olan “Krasnodar”ın rəqibi PAOK olacaq.

Qeyd edək ki, iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab görüşləri 29-30-da baş tutacaq.

Çempionlar Liqası
Pley-off 
Liqa yolu

“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) 
“Gent” (Belçika) - “Dinamo” (Ukrayna)