00:24 16-09-2020
news_image
275
FUTBOL

Qrupa üç vəsiqə sahibini tapdı – Avropa Liqasında

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək daha üç komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasının III təsnifat mərhələsinin Liqa yolundakı matçlar səbəb olub.

Belə ki, uduzan üç komanda birbaşa Avropa Liqasının qrupuna düşüb. Bunlar Niderland “Alkmaar”ı, Portuqaliya “Benfika”sı və Avstriya “Rapid”idir.

Bununla da qrup mərhələsinin 48 iştirakçısından 21-i bəlli olub. Təsnifat mərhələlərindən azad olan 18 klub heç bir matça çıxmadan burada mübarizə aparacaq.

Bunlar “Arsenal”, “Lester” (hər ikisi İngiltərə), “Roma”, “Napoli” (hər ikisi İtaliya), “Bayer”, “Hoffenhaym” (hər ikisi Almaniya), “Vilyarreal”, “Real-Sosyedad” (hər ikisi İspaniya), “Nitsa”, “Lill” (hər ikisi Fransa), MOİK (Rusiya), “Braqa” (Portuqaliya), “Feyenoord” (Niderland), “Zarya” (Ukrayna), “Antverpen” (Belçika), “Sivasspor” (Türkiyə), “Volfsberqer” (Avstriya) və “Sparta” (Çexiya) klublarıdır.

Qeyd edək ki, digər 27 vəsiqədən 21-i Avropa Liqasında pley-off mərhələsinin qaliblərinə, 6-sı Çempionlar Liqasında pley-off mərhələsində uduzan komandalara nəsib olacaq.