00:46 17-09-2020
news_image
294
FUTBOL

3 oyunda 12 qol – Avropa Liqasında

Bu gün Avropa Liqasında II təsnifat mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, bir matçdan ibarət tamaşaçısız keçirilən mərhələnin ilk oyun günündə üç görüş baş tutub.

Qarşılaşmalardan ikisində qonaqlar qələbə qazanıb. “Proqress” “Villem”, “Hammarbü” “Lex”lə ev oyununda darmadağınla üzləşib. Günə Farer adalarında yekun vurulub. B-36 penaltilər seriyasında TNS-ə qalib gəlib.

Qeyd edək ki, mərhələnin digər matçları sentyabrın 17-də baş tutacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
16 sentyabr

20:30. “Proqress” (Lüksemburq) – “Villem” (Niderland) - 0:5
Pavlidis, 19, 34, Sağlam, 28, Nunneli, 46, Ndayişimiye, 65
21:00. “Hammarbü” (İsveç) – “Lex” (Polşa) - 0:3
Tiba, 55, Kaminski, 89, Marçvinski, 90+3
22:00. B-36 (Farer adaları) – TNS (Uels) - 2:2 (penaltilərlə 5:4)
Prjibilski, 47, Radosavlyeviç, 120+3 - Smit, 81, Ebbe, 112